Bakıda Cəlilabad sakininə qarşı 72 min dollarlıq dələduzluq edilib

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda 72 min dollarlıq dələduzluq edilib.

“Report” xəbər verir ki, Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü S.Əşrəfov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Ramazan adlı şəxs onu aldadaraq 72 min ABŞ dolları pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47