Bakıda bir yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində avtomobildə olan sərnişin, 2020-ci il təvəllüdlü Əlizadə Yəhya Ozal oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56