Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevə hökm oxunub və ona 7 il 6 ay həbs cəzası verilib.

"Report" xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54