Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda dəm qazından kütəvi zəhərlənmə olub.

“Report” DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Səlmi Əlnəzərova, oğlu Tahir, onun arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54