Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34