Bakıda axtarışda olan qadın saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda axtarışda olan qadın saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1967-ci il təvəllüdlü Alihə Ələkbərova tutulub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54