Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əliyeva Elvira Etibar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.