Bakıda avtomobillə vurulan piyada ağır xəsarət aldı

Bu gecə paytaxt Bakıda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında qeydə alınıb.

Yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Əsgərov Elcan Xəyyam oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi xəstəxanaya çatdırılıb.

Ona, qapalı kəllə-beyin travması, bud sümüyünün sınığı və bədənin çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26