Bakıda avtomobillə vurulan gəncin ayağı sınıb

Bakıda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində avtomobil yolunu keçən 1994-cü il təvəllüdlü Müslümov Əmrah Nəcəf oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44
Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12