Bakıda avtomobillə vurulan gənc ağır xəsarətlər alıb

Bakıda 22 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

“Report”un məlumatına görə, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Xudaverdiyev Cəlil Teymur oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və sol baldır sümüklərinin sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45