Bakıda avtomobillə qadın piyadanı vuraraq qaçan sürücü tutulub

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda avtomobillə qadın piyadanı vuraraq qaçan sürücü tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Yasamal rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 20-də Bakı şəhər sakini Aysel Həmidovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, paytaxt sakini Orxan Nuri saxlanılıb.

Digər xəbərlər