Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.

"Report"un xəbərinə görə, dekabrın 14-də Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən "Çingiz Xan" restoranının qarşısında "Hyundai" markalı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. Nəticədə qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Əliyeva ötən gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57