Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Nəhmətov İmran Ataxan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol 11-ci qabırğanın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.