Bakıda avtomobil yaşlı qadını vurub

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Əhmədli qəsəbəsində, Cavanşir küçəsində yolu keçmək istəyən 1967-ci il təvəllüdlü İbadova Dilşən Mirzəbəy qızını minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14