Bakıda minik avtomobili yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 00:45

Bakının Yasamal rayonunda avtomobil yanıb.

"Report" xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi 2-də qeydə alınıb.

Belə ki, 10-OR-191 dövlət nömrə nişanlı, "BMW" markalı minik avtomobili alışıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanaraq yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitəsinin digər hissəsi FHN-nin Nəsimi rayon Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. 

Hadisə yerinə evakuator cəlb edilib və nəqliyyat vasitəsi ərazidən aparılıb.

Video: Ramin Şahbazov

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05