Bakıda avtomobil xəstəxanadan çıxan qadını vuraraq ərazidən uzaqlaşıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda avtomobil 33 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 33 yaşlı Fərzəliyeva Zülfiyyə Hicran qızı 3 saylı Şəhər Klinik Xəstəxanasından müayinədən çıxan zaman onu "VAZ 2106" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan qadını polis əməkdaşları xəstəxanaya yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47