Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib.
Heydər Əliyev prospektində avtomobil Füzuli rayon Kürmahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Şəhriyar Qiyas oğlunu vurub. Nəticədə o, xəsarət alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Məlumata görə, Ş.Mirzəyev Bakıya toy mərasimində iştirak etmək üçün gəlib. O, hadisə zamanı sərxoş olub.
Ramin Şahbazov