Bakıda avtomobil şadlıq sarayının qarşısında piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə fevralın 20-də paytaxtın Nizami rayonu - Sultan şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Sənan Qarayenin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Qəzənfər Səlimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13