Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41