Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 3 iyul. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 2-də saat 3 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Oqtay Qurbanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Rahim Novruzovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45