Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Həsənbala Məclumov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Rahib Eyyubovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45