Bakıda avtomobil maneəyə çırpılaraq aşıb, xəsarət alan var

Bakının Suraxanı rayonunda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Rövşən Abdulla oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05