Bakıda avtomobil gənc qızı vurub

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda avtomobil gənc qızı vurub.

"Report"un xəbərinə görə, hadisə Abşeron rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında Məhəmmədi kəndində 29 yaşlı Əhmədova Vüsalə yolu keçmək istəyərkən onu avtomobil vurub.

Ağır xəsarət alan V.Əhmədova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48