*** ilk xəbər martın 10-da saat 17:24-də yayımlanıb
Bakı. 11 mart. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən qəza baş verib.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayevin idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobili mişar daşı daşıyan yük avtomobilinə çırpılıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.
Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.