Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Bakının Nəsimi rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, 2014-cü il təvəllüdlü Həsənov Yusif İqbal oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27