Bakıda 49 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 16 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Məmmədəli Şərifli küçəsində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14