Bakıda avtomobil 43 yaşlı kişini vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Binə Südçülük sovxozu" adlanan ərazidə qeydə alınıb.

Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər