Bakıda avtomobil 32 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Mirzəyev Hikmət Rövşən oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47