Bakıda avtomobil 20 yaşlı gənci vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Məmmədzadə Sahib İdris oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər