Bakıda avtomobil 13 yaşlı qızı vurdu

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Bəkirova Gülcamal Timur qızını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.Bəkirovaya sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26