Bakıda avtodayanacağa məxsus köşkdə yanğın olub, gözətçi ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş verib.

“Report”un Daxili İşlər Nazirlyiinə istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yanğın nəticəsində köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47