Bakının Xəzər rayonunda ana və 2 oğlu bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.
Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü K.G., 29 yaşlı K. İ. və 30 yaşlı K.V. bıçaqlayıb.
Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.