Bakıda ahıl qadını avtomobil vurub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14