Bakıda açıq ərazidə yanğın başlayıb

Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Hüseynqulu Sarabski küçələrinin kəsişməsində, açıq ərazidə yanğın başlayıb.

Bu barədə "Report"a Fövəqladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19