Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39