Bakıda 83 yaşlı qadın 3-cü mərtəbədən yıxılaraq ölüb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda qoca qadın 3-cü mərtəbənin eyvanından yıxılaraq ölüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39