Bakıda "8-ci kilometr bazarı"nda orta yaşlı qadın döyülüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda "8-ci kilometr bazarı"nda orta yaşlı qadın döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda 45 yaşlı Ələkbərova Fəridə Mobil qızı tanıdığı orta yaşlı kişi ilə mübahisə edib. Nəticədə o döyülüb. Qadın ağır xəsarətlər aldığına görə xəstəxanaya yerləşdirilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47