Bakıda 71 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakıda 71 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Fətəliyeva Ədilə Orucəli qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47