Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda 60 yaşlı qadın sərnişin avtobusundan yıxılaraq xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Babayeva Qəmzə İsmayıl qızı 29 saylı sərnişin avtobusundan düşərkən sürücünün ehtiyatsızlığı üzündən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.