Bakıda 60 yaşlı kişini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü İbrahimov Nazim Rafael oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49