Bakıda 6 il əvvəl evdən 10 min manat oğurlamış qadın tutulub

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda 6 il əvvəl evdən 10 min manat oğurlamış qadın tutulub.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il sentyabrın 1-də rayon ərazisindəki evlərin birindən 10.000 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini A.Babayeva saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38