Binəqədi rayonunda 56 yaşlı qadın naməlum şəraitdə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54