Paytaxtda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 1967-ci il təvəllüdlü Hacıyev Camal Hacıbala oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər