Bakıda 55 yaşlı qadını minik avtomobili vurub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda 55 yaşlı qadının xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Mehdiyeva Yeganə Arif qızı yolu keçərkən onu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14