Bakıda 55 yaşlı qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

"Ukrayna" dairəsində yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək və qapalı kəllə-beyin travması, sağ incik sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22