Bakıda 55 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Nizami rayonunda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, sərnişin avtobusu digər bir avtomobilə toqquşub. Hadisə zamanı avtobusun sərnişini, 1968-ci il təvəllüdlü Alxasova Şəfa Seyran qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47