Bakıda 55 yaşlı kişi intihar edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunda 55 yaşlı kişi özünü asıb.

"Report"un məlumatına görə, hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qulu Mirzə oğlu Quliyev yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39