Bakıda 53 yaşlı qadın intihara cəhd edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda 53 yaşlı qadın intihar etmək məqsədi ilə çoxlu sayda dərman qəbul edib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Cavanşir küçəsi 25 ünvanında qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Mahirə Nəcəfova intihar məqsədilə çoxsaylı dərman həbi qəbul edib. O, ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41