Bakıda 50 yaşlı qadını avtomobil vurub

Bakıda 50 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Rüstəmova Sara Xəlil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41