Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47